Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünyanın ən güclü klublarından birinin ulduzu komandadan ayrılır

© REUTERS / Phil Noble"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture
Mançester Siti klubunun yarımmüdafiəçisi Yaya Ture - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz hazırda olduğumuz yerə məhz onun sayəsində gəlmişik. O əsas oyunçulardan idi"

BAKI, 4 may — Sputnik. "Mançester City" klubunun yarımmüdafiəçisi Yaya Ture klubdan ayrılacaq. Bu barədə Sputnik Azərbaycan "Sports.ru"ya istinadən xəbər verir.

"Yaya Ture mövsümün sonunda klubu tərk edəcək. "Brighton"-la oyunda biz Yaya üçün diqqətimizi qələbəyə kökləyəcəyik. Biz bu oyunu onun üçün qazanmaq istəyirik. Yaya "City"yə klubun yolunun lap başlanğıcında gəlib. Biz hazırda olduğumuz yerə məhz onun sayəsində gəlmişik. O əsas oyunçulardan idi", — deyə klubun baş məşqçisi Pep Qvardiola bildirib.

Qeyd edək ki, 34 yaşlı Yaya Ture 2010-cu ildə "Mançester City"də oynayır.

Xəbər lenti
0