İranda böyük əməliyyat: şərab içən 320 “əxlaqsız” peşman oldu

© AFP 2023 / BEHROUZ MEHRITehranda polis əməkdaşı, arxiv şəkli
Tehranda polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əyləncə tədbirində içki içən 230 nəfəri nəzarətə götürüb

BAKI, 23 dekabr — Sputnik. İranda spirtli içki qəbul edən 230 qız və oğlan həbs edilib. Hadisə ötən gecə baş verib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, polis əyləncə tədbirində içki içən 230 nəfəri nəzarətə götürüb.

Axtarış zamanı onların üzərindən psixotrop maddələr də aşkarlanıb.

Paytaxt ətrafında keçirilən daha bir əməliyyat zamanı isə spirtli içki içən və rəqs edən 90 nəfər tutulub.

Qeyd edək ki, 1979-cu ildə baş verən İslam inqilabından sonra İranda müsəlman vətəndaşlara spirtli içkinin istehsal olunması, satışı və qəbul edilməsi qadağandır.

Xəbər lenti
0