CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda keçmiş deputat vəfat etdi

Abunə olmaq
Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev vəfat edib

BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev öz facebook səhifəsində məlumat verib.

© Photo : Facebook / nizami.quliyev.7106Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev
Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev - Sputnik Azərbaycan
Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev

Xatırladaq ki, Nizami Quliyev I və II Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, 73 saylı Gədəbəy seçki dairəsindən deputat seçilib. Əvvəllər AXCP-nin rəhbərliyində təmsil olunan N.Quliyev son illərdə Qulamhüseyn Əlibəylinin rəhbərlik etdiyi Aydınlar Partiyasının Ali Məclisinin sədri idi.

1956-cı il təvəllüdlü sabiq millət vəkilinin qəflətən, qan təzyiqinin qalxması nəticəsində vəfat etdiyi bildirilir.  

Allah rəhmət eləsin!

Xəbər lenti
0