Sabaha proqnoz verildi

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidДождь в Москве
Дождь в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

BAKI, 28 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

На Баку обрушился ливень - Sputnik Azərbaycan
Ölkə ərazisində baş verənlərdən xəbərdar olun

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-15, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 17-22, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0