Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yeni qrup yaradıldı - "Əsgər bala"

© Sputnik / Irade JELIL"Əsgər bala" uşaq musiqi qrupunun üzvləri
Əsgər bala uşaq musiqi qrupunun üzvləri - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni yaradılan qrupun əsas missiyası və məqsədi uşaqlara vətənpərvərlik hissini aşılamaq, onların arasında müntəzəm olaraq hərbi vətənpərvərlik mövzusunda musiqili-əyləncəli proqramlar təşkil etməkdir

BAKI, 12 sentyabr — Sputnik. "Əsgər bala" uşaq musiqi qrupu yaradılıb. Bu gün keçirilən tədbirdə çıxış edən qrupun yaradıcısı Faiq Hüseynovun sözlərinə görə, yeni yaradılan qrupun əsas missiyası və məqsədi uşaqlara vətənpərvərlik hissini aşılamaq, onların arasında müntəzəm olaraq hərbi vətənpərvərlik mövzusunda musiqili-əyləncəli proqramlar təşkil etməkdir: "Bilirsiniz ki, bizim "Can bala" şirkətlər qrupumuz var. "Əsgər bala" uşaq qrupunu isə demək olar ki, yeni yaratmışıq. Qrupun yaradılması zamanı bizə 90-a yaxın səs göndərildi. Səslər bizim münsiflər tərəfindən dinlənildi və seçildi. Hazırda qrupda 7 uşaq var. Amma onlar arasında da seçim ediləcək".

© Sputnik / Irade JELIL"Əsgər bala" uşaq musiqi qrupunun mətbuat konfransı
Əsgər bala uşaq musiqi qrupunun mətbuat konfransı - Sputnik Azərbaycan
"Əsgər bala" uşaq musiqi qrupunun mətbuat konfransı

F. Hüseynov bildirib ki, məqsəd istedadlı uşaqları üzə çıxarmaq və onların gələcəkdə sərbəst şəkildə fəaliyyət göstərməsinə yardım etməkdir: "Qrupumuzda hazırda 5-6 yaşlı uşaqlar var. Düşünürük ki, onların qrupda fəaliyyəti 12 yaşa kimi davam etdirilməlidir. 12 yaşdan sonra həmin uşaqlar sərbəst şəkildə fəaliyyət göstərə biləcək. Onu da deyim ki, qrup öz maliyyəm hesabına yaradılıb. Yəni heç kim bizə hələ ki, kömək etməyib. Ayda bir klip-video rolik çəkməyi düşünürük. Gələcək üçün planlarımız çoxdur".

F. Hüseynovun sözlərinə görə, uşaqların ilk ifası "Bir millət, iki dövlət" mahnısı olacaq: "Uşaqlarımız "O səs Türkiyə"yə dəvət alarsa, orada ifa etməyə mahnıları olmalıdır. Bununla yanaşı uşaqlar xarici dillərdə də mahnılar ifa edəcək. Son olaraq qrupda 4 uşaq saxlamağı düşünürük. Aralarından ən yaxşı səsləri seçib saxlayacağıq".

Tədbirdə müxtəlif KİV nümayəndələri, gənc bəstəkarlar iştirak edib.

Xəbər lenti
0