BAKI, 6 sentyabr — Sputnik. Ötən axşam Şabran rayonu, Əmirxanlı kəndində hər mərtəbəsi 70 m2 olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə. 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 70 m2sahədə və dam örtüyü 130 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şabran rayonunda yenə yanğın olub
11:08 06.09.2017 (Yenilənib: 21:13 16.11.2021)
Abunə olmaq
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub