Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda ər arvadını baltaladı

© Sputnik / Anar MustafayevBalta, arxiv şəkli
Balta, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə rayonun İsmət Qayıbov küçəsində baş verib

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Bərdədə ər arvadını baltalayıb.

Hadisə rayonun İsmət Qayıbov küçəsində baş verib. Hadisə şahidləri təcili tibbi yardım xidmətinə mürciət edib. Əri tərəfindən baltalanan qadın Bərdə MRX-na aparılıb. Xəstəxanadan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, yaralı 1960-cı il təvəllüdlü Diləfruz Allahverdiyevaya açıq kəllə beyin travması diaqnozu qoyulub. Onun baş nahiyəsində çoxsaylı yaralar var. O cümlədən bədənində döyüldüyünə dair izlər də var. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Hadisənin hansı səbəbdən törədilməsi araşdırmalaradan sonra bəlli olacaq.


Xəbər lenti
0