Türkiyəyə nota verildi

© AP Photo / John MacDougall/Pool Berlin's landmark Brandenburg Gate
Berlin's landmark Brandenburg Gate - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya kansleri Angela Merkel də İstanbulda həbs olunan alman vətəndaşının dərhal sərbəst buraxılmasını tələb edib

BAKI, 19 iyul — Sputnik. Türkiyənin Berlindəki səfiri Ali Kemal Almaniyanın Xarici İşlər nazirliyinə çağrılıb. Sputnik Türkiyə xəbər verir ki, alman hökuməti səfir vasitəsilə Türkiyəyə xəbərdarlıq edib.

Almaniyanın hökumət sözçüsü Stefan Şibert türk səfirlə sərt tonda danışaraq Türkiyədə həbs olunan insan haqları müdafiəçisi Peter Ştidetnerin dərhal azad olunmasını tələb edib.

Alman sözçü, Ştidetnerin terror təşkilatı ilə əlaqəli olması ittihamının tamamilə uydurma olduğunu deyib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel də İstanbulda həbs olunan alman vətəndaşının dərhal sərbəst buraxılmasını tələb edib.

Xəbər lenti
0