CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şikayət təsdiqini tapmadı

CC0 / Pavlofox / TreeПень, фото из архива
Пень, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağac və kol bitkiləri qeydiyyata alınaraq yaşıllıqların mühafizə olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb

BAKI, 13 iyul — Sputnik. Bakı şəhəri Binəqədi rayon sakini İsmayıl Əliyev Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3a və 3b saylı yaşayış binalarının ətrafında tikinti işləri ilə əlaqədar ağacların kəsilmə təhlükəsinin olması barədə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə şikayət məktubu ilə müraciət edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görıə, şikayət əsasında nazirliyin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırma aparılıb.

Əraziyə keçirilən baxış zamanı sözügedən ünvandakı yaşıllıq sahəsində 6-60 sm diametrliyində yaşköküstə müxtəlif cinsli (çinar, tut, palıd, sərv, armud, heyva, gilas, alça) 23 ədəd ağacın və 70 ədəd müxtəlif cinsli kol bitkisinin olduğu müəyyən edilib. Yaşıllıq sahəsində qanunsuz ağac kəsilməsi və zədələnməsi, həmçinin tikinti işlərinin aparılması halları aşkar edilməyib.

Ağac və kol bitkiləri qeydiyyata alınaraq yaşıllıqların mühafizə olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Ərazi nəzarətə götürülüb.

Xəbər lenti
0