Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millinin baş məşqçisi kim olacaq?

© Photo : REPORT IARobert Prosineçki, Azərbaycan milli futbol komandasının baş məşqçisi
Robert Prosineçki, Azərbaycan milli futbol komandasının baş məşqçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Robert Prosineçkinin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla əvəz edəcəyi deyilir

BAKI, 9 iyun — Sputnik. Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin iş yerini dəyişəcəyi haqqında məsələ yenə gündəmə gəlib. Robert Prosineçkinin AFFA ilə olan müqaviləsi bu ilin sonunda başa çatdığı hamıya məlumdur. Mətbuatda mütəxəssislə müqavilənin uzadılmayacağı və onun "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla əvəz ediləcəyi deyilir.

Sputnik Azərbaycan məsələni dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlundan münasibət alıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, Robert Prosineçki ilə müqavilə mövsümün sonuna kimidir: "Biz ilin sonuna kimi heç bir dəyişiklik ola bilməz. İcraiyyə Komitəsinin qərarı ilə müqavilə mövsümün sonuna kimidir. İlin sonunda İcraiyyə Komitəsi iclas keçirərək hesabatı dinləyib səs çoxluğu ilə qərar qəbul edəcək. Ona görə bu məsələ hələ ki gündəmdə deyil".

Xəbər lenti
0