Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yüksək gərginlikli elektrik xəttində partlayış olub

© Sputnik / Irade JELILSəbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb

BAKI, 12 fev — Sputnik. Bu gün axşam saatlarında paytaxtda yüksək gərginlikli elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib. Spurnik Azərbaycan Report-a istinadən  xəbər verir ki, hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, magistral yolun ortasındakı yüksək gərginlikli elektrik naqil xətlərində əvvəlcə partlayış olub. Bundan sonra isə naqillərdə yanğın əmələ gəlib. Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Xəbər lenti
0