Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan yeni regional münaqişələrdən kənarda qala biləcək?

© REUTERS / Omar SanadikiSuriya münaqişəsi
Suriya münaqişəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgədə yaşanan etnik və dini qarşıdurmalar daha da dərinləşə bilər

BAKI, 24 yan — Sputnik. ABŞ-ın yeni prezidenti Donald Trampın İranla bağlı sərt siyasətə qayıdacağı ehtimalı güclüdür. Əminliklə belə bir proqnoz irəli sürmək mümkündür. Ehtimal etmək olar ki, İrana qarşı savaş bölgədə məzhəb qarşıdurmasını daha da dərinləşdirəcək və gələcəkdə region daha təhlükəli hala gələcək.

Suriya, Əl-Bab - Sputnik Azərbaycan
TƏHLİL
Regionda yeni müharibə ab-havası

Bu olayın Azərbaycana da təhlükəli perspektiv vəd etdiyi istisna edilmir. Lakin baş verənlər məzhəb uğrunda mübarizədən daha çox Yaxın Şərq uğrunda mübarizə təsəvvürü yaradır. İran artıq ciddi şəkildə Yaxın Şərqdəki proseslərə müdaxilə etməyə başlayıb. Bu proses Bəhreyn və Yəməndə birbaşa özünü göstərir.

Unutmaq olmaz ki, İran ordusu və Tehranın dəstəklədiyi "Hizbullah" Suriyada "meydan sulayır". İran Suriyadakı müxaliflərə qarşı mübarizə aparır. Göründüyü kimi, məsələ təkcə sünni və şiə arasındakı qarşıdurma ilə yekunlaşmır. Baş verənlər güclü dövlətlər tərəfindən gündəmə gətirilmiş məsələyə bənzəyir. Bu məsələ daha çox siyasi və geosiyasi çalarlara malikdir.

Baş verənlər Yaxın Şərq regionunda qüvvələr nisbətinin daha şəffaf qütbləşməsini şərtləndirir. Belə ki, Rusiya, İran, Əsəd Suriyası, PKK və əks qütbdə dayanan ABŞ, Türkiyə, İsrail, Ərəb Dövlətləri Liqası, Azad Suriya Ordusu və NATO prosesə qoşula bilər.

Yaxın Şərqdə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Həm də bu müsəlman əhalisi ayrı-ayrı məzhəb daşıyıcıları olduğundan prosesə din qatqısı da əlavə olunur. Bu da region əhalisinin özünün məhz dini yox, qlobal proseslərin siyasi oyunçusuna çevrilməsini təmin edir. Yəni, bölgədə məzhəb savaşına qoşulanlar özləri də bilmədən qlobal güclərin yanında yer almış olur.

Bu proseslər ideoloji yox, geosiyasi və geoiqtisadi maraqlar fonunda əhəmiyyət kəsb edir. Yəni qlobal güclərin orbitində olan dövlətləri dini-ideoloi maraqlar yox, strateji ölçülü geosiyasi və geoiqtisadi maraqlar şirnikləndirir. Baş verənlər İranın maraqlarına da xidmət edir.

Donald Tramp , arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Donald Tramp postunu vaxtından əvvəl itirə bilər

Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə İslam Ordusu yaranmaqdadır. Bu, İran, Rusiya və Çin kimi dövlətlərin Yaxın Şərqə müdaxilələrinin qarşısını almağa yönəlmiş addımdır. Həmin koalisiyanın içərisində nüvə silahına malik Pakistan və regionun güclü dövlətlərindən olan Türkiyə də var. Beləliklə, məsələ göründüyü qədər də sadə deyil.

ABŞ ilə İran arasındakı yeni gözlənilən gərginlik bu sualı da aktuallaşdırıb: Azərbaycan kiminlədir və ya Azərbaycan bu durumda hansı mövqe tutmalıdır? Sağlam məntiq onu tələb edir ki, Azərbaycan neytral qalsın. Lakin bu məsələ o dərəcədə dərinləşməkdədir ki, Bakının proseslərə hansısa formada cəlb edilə biləcəyi istisna edilmir.

Bölgədə yaşananlar Azərbaycanda etnik və yaxud dini qarşıdurmanın mümkünlüyü ehtimalı yaradır. Problemlərin mövcudluğunda əsas etnosu günahkar bilmək, hakimiyyəti məhz dominant etnosun təmsilçiliyi kimi göstərmək milli zəmində qarşıdurma yaratmaq istəyən qrupların fəaliyyətidir.

Qeyd edək ki, artıq uzun illərdir, ölkənin şimal bölgəsinin bəzi ərazilərində Azərbaycan qanunlarına boyun əyməkdən yayınmaq cəhdləri hiss olunur. Xüsusilə bəzi radikal qrupların aktivləşməsi vəziyyəti qəlizləşdirir.

Ölkənin cənub bölgəsində də İranın təsiri aydın hiss olunur. Bu bölgədə şiəliyin əsas amil olması gələcəkdə şimal və cənub bölgələrinin dini müstəvidə savaşının xəbərçisi sayıla bilər.

Xəbər lenti
0