Ərdoğan bu ölkəyə səfərini təxirə saldı

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidCities of the world. Astana
Cities of the world. Astana - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə dövlət başçısı dünən İstanbulda baş verən partlayışlarla əlaqədar Qazaxıstana səfərini ertələyib.

BAKI, 11 dek — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana planlaşdırılan səfərini təxirə salıb.

Türkiyə dövlət başçısı dünən İstanbulda baş verən partlayışlarla əlaqədar Qazaxıstana səfərini ertələyib.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafone Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

Xəbər lenti
0