Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şənbə gününün afişası

© sputnik.az/ Pəri AbbaslıGənc Tamaşaçılar Teatrı
Gənc Tamaşaçılar Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərinin teatrında nümayiş olunacaq tamaşalar, kinolarında nümayiş olunacaq filmlərlə tanış edirik.

BAKI, 20 fev — Sputnik. Şənbə istirahətini səmərəli keçirmək istəyənləri Bakı şəhərinin teatrında nümayiş olunacaq tamaşalar, kinolarında nümayiş olunacaq filmlərlə tanış edirik.

Teatrlarda şənbə günü bu tamaşalar göstəriləcək:

Azərbaycan opera və balet teatrın səhnəsində Cakkomo Puççinin "Bohema" operasının səhnə quruluşu keçiriləcək. Baş rollarda: Azərbaycanın əməkdar artisti İnarə Babayeva — Muzetta rolunda və İlahə Əfəndiyeva — Mimi rolunda. Quruluşçu rejissor — Ukraynanın əməkdar incəsənət xadimi, Ukrayna akademik opera və balet teatrın quruluşçu rejissoru — Nikolay Tretyak.

"Həddindən artıq evli taksi sürücüsü" tamaşası

Teatrsevənlər 11 manata tamaşaya baxa biləcək. Dövlət Rus Dram Teatrının səhnəsində R. Kuninin pyesi əsasında, bədii rəhbər və rejissor, Rusiyanın Xalq Artisti — Valeriy Belyakoviçin təqdimatında "Həddindən artıq evli taksi sürücüsü" tamaşası nümayiş etdiriləcək.

Azərbaycan Gənc Tamaşaçılar Teatrın səhnəsində "Xortdanın cəhənnəm məktubları" təqdim ediləcək. Əsas rollarda Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov.

Gənc  Tamaşaçılar Teatrı balacaları da unutmayıb. "Balaca və damda yaşayan Karlson" tamaşası ilə balacaları sevindirəcək.

Bütün gənc tamaşaçıları və onların valideynlərini qeyri-adi və əyləncəli tamaşaya dəvət edirik. Tamaşa İsveç yazıçısı Astrid Lindqrenin əsəri əsasında səhnələşdirilib.

Filmlər:

Dedpul —  bu film yeni olsa da, ən çox baxılan filmlər arasında liderlərdəndir. 

Keçmiş çevik qüvvə əməliyyatçısı killerə dönür və “X Silahı” eksperimentində iştirak edir. Bu ona güc və özünü sağaltma bacarığı verir. Lakin nəyin bahasına? Baxmağa dəyər.

18+ olan “Kabuslar teatrı” filmi də yeni filmlər sırasındadır.

Sara — gənc iddialı aktrisadır, amma bütün ona təklif olunanlar yalnız televiziya seriallarında kiçik epizodlu rollardır. Onu tanısınlar deyə, böyük teatr tamaşasında iştirak etməyə qərara gəlir. O hələ bilmir ki, bu layihə onun üçün sonuncu ola bilər.

“Dəniz kənarında” filminə baxmaqla fərqli ssenarı görə bilərsiniz

Keçmiş rəqqasə Vanessa və onun əri, Amerikalı yazıçı Roland ölkəni səyahət edir. Baxmayaraq ki, vaxt keçdikcə onlar bir birinnən uzaqlaşırlar, bir dənizkınarı şəhərcik hər şeyi dəyişir…

Xəbər lenti
0