Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağcabədidə 60 yaşlı tibb bacısını öldürənlər tutulub

Abunə olmaq
Saxlanılan şəxslər 60 yaşlı Kamilə Əhmədovaya pul borclu olduqları üçün onu öldürdüklərini deyiblər.

BAKI, 14 fev — Sputnik. Ağcabədi rayonunda 60 yaşlı Kamilə Əhmədovanı öldürənlərin kimliyi məlum olub.

Ağcabədi Rayon Prokurorluğunun əməkdaşı Rauf Məmmədov APA-ya bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Mənsimov Cəlal Məhəmmədəli oğlu və İsayev Samir Famil oğlu törətdikləri cinayəti etiraf ediblər.

Saxlanılan şəxslər 60 yaşlı Kamilə Əhmədovaya pul borclu olduqları üçün onu öldürdüklərini deyiblər.

Fevralın 11-də Ağcabədi şəhər Ü. Hacıbəyov ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K. Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb. K. Əhmədovanın qatili onu ütü ilə başına vuraraq öldürüb.

Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.

Xəbər lenti
0