CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub

© exploreazerbaijan.com"Şahdağ" Turizm Mərkəzi
Şahdağ Turizm Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü olan bir qrup veteran üçün “Şahdağ” Turizm Mərkəzində bir günlük istirahət turu təşkil olunub.

BAKI, 13 fev — Sputnik. Dünən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü olan bir qrup veteran üçün “Şahdağ” Turizm Mərkəzində bir günlük istirahət turu təşkil olunub.

Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata əsasən, turda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 40 nəfər üzvü iştirak edib.

Tur çərçivəsində veteranların rahat və mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Veteranların Şahdağ Turizm Mərkəzində fəaliyyət göstərən bütün əyləncə və istirahət obyektlərindən istifadə etmələri tam təmin olunub. Bakıdan Şahdağ Turizm Mərkəzinə gəlmək və geri dönmək üçün veteranlar nəqliyyat vasitəsi ilə də təmin olunublar.

Həmçinin veteranlarla fevralın 11-12-də Şahdağ Turizm Mərkəzinə təşkil olunmuş press turda iştirak edən media nümayəndələrinin də görüşü keçirilib.

Görüş zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Kamal Əliyev veteranlar üçün yaradılan şəraitdən razılığını bildirdirdi. Qeyd etdi ki, dövlətimiz hər zaman veteranlara diqqət və qayğı göstərir.

Çıxış edən digər veteranlar da onlar üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirdilər.

Xəbər lenti
0