CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meteohəssas insanlar üçün əlverişli günlər başlayır

© AzərtacGünəşli hava
Günəşli hava - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq

BAKI, 28 yan — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda qar - Sputnik Azərbaycan
HADİSƏ
Sabahın hava proqnozu açıqlandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 17-22, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Yanvarın 29-dan 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0