Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çin Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləyir

Pekin
Pekin - Sputnik Azərbaycan
Abunə olmaq
Xu Çunyin: Biz görürük ki, Rusiya hərbi kampaniyanı Suriya hökumətinin xahişi ilə həyata keçirilir.

BAKI, 4 dek-Sputnik. Rəsmi Pekin Rusiyanın İŞİD-ə qarşı hərbi əməliyyatlarını dəstəkləyir.

Sputnik-in məlumatına görə, bu bəyanatı Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xu Çunyin verib.

Xu Çunyin qeyd edib ki, onun ölkəsi beynəlxalq hüquq normaları ilə əsaslandırılmış və müvafiq dövlətlərin razılığı ilə həyata keçirilən əməliyyatları dəstəkləyir.

"Biz görürük ki, Rusiya hərbi kampaniyanı Suriya hökumətinin xahişi ilə həyata keçirilir. Biz, beynəlxalq hüquq normalarına zidd olmayan və əlaqədar dövlətlərin razılığı olan hərəkətləri dəstəkləyirik" — deyə Çinyun bildirib.

Rusiya Suriya ərazisində hərbi əməliyyatlara Suriya prezidenti Bəşar Əsədin xahişi ilə başlayıb

Başda ABŞ olmaqla bir sıra dövlətlər Rusiya Federasiyasının Suriyadakı əməliyyatlarını qınayır.

İŞİD-in Avropada həyata keçirdiyi terror aktlarından sonra ona qarşı hərbi əməliyyatlara başqa dövlətlər də qoşulub.

Xəbər lenti
0