CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

NİİM açıqlama verdi

© NİİMKeç yeraltı keçiddən, uzaq ol təhlükədən
Keç yeraltı keçiddən, uzaq ol təhlükədən - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəblilərin yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir.

BAKI, 24 noy — Sputnik. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi  və "Azəryolservis" ASC ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı növbətii maarifləndirici məqalə paylaşıb.

Məktəblilərin yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların  davranışından asılıdır. Yol hərəkəti qaydalarının öyrədilməsi və bu istiqamətdə maarifləndirici aksiyaların keçirilməsinin çox böyük əhəmiyyəti var. Yol hərəkəti və ictimai nəqliyyatdan düzgün istifadə qaydaları haqda maarifləndirmə məktəblərin, aidiyyəti üzrə təşkilatların və  bütün ictimaiyyətin diqqət mərkəzində  olmalıdır. Hər il bu istiqamətdə tədbirlər keçirən Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi  və "Azəryolservis" ASC tərəfindən ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı növbətii maarifləndirici aksiya təşkil olundu. Aksiya zamanı məktəblərin qarşısında azyaşlı məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanıldı. Xüsusilə məktəblərin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərin yanında üzərinə "Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!" (Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!) şüarı yazılan  posterlər yapışdırıldı.

Yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi və  maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.

Xəbər lenti
0