Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qusarda qonağa qarşı hörmətsizlik

Abunə olmaq
Qusarda qətl hadisəsi baş verib.

BAKI, 5 okt — Sputnik. Qusarda qətl hadisəsi baş verib.

Sputnik-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Qusar şəhərində yaşayan Şahin Niftəliyevin evinə gəlmiş tanışı, rayon sakini Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib, kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb hadisə yerini tərk edib.

Ş.Niftəliyev hadisə yerində ölüb, Z.Hacıbəyova isə xəstəxanaya yerləşdirilib.

Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

Faktla bağlı araşdırma aparılır. 


Xəbər lenti
0