Başqalarına zülm edərək bayramı qeyd edirlər

© AFP 2023 / JACK GUEZİsrail bayrağı
İsrail bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail Sukot Bayramı səbəbilə Qəzzanın yeganə ticarət qapısını bağlayacağını açıqlayıb.

BAKI, 1 okt – Sputnik. İsrail hökuməti yəhudilərin "Sukot bayramı"nı səbəb göstərərək Qəzza bölgəsinin yeganə ticarət sərhəd qapısı olan Əbu Salim məntəqəsini bağlayacağını açıqlayıb. Sərhəd keçid məntəqəsinin 5 gün bağlı qalacağı bildirilib.

Əbu Salim sərhəd məntəqəsinin rəhbəri Munir əl-Qalban Türkiyə mətbuatına bu barədə məlumat verib.

"İsrail Sukot Bayramı səbəbilə Əbu Salim sərhəd qapısını bağlayacağını, bazar günü isə məhdud miqdarda yanacaq daşınması üçün qapını birneçə dəqiqəliyinə açacağını bildirir. Bu qeyri-insani rəftardır. İnsanlar 5 gün nə yeyib içəcəklər. Başqalarına zülm edərək hansı bayramı qeyd edirlər?", deyə Munir əl-Qalban söyləyib.

Xəbər lenti
0