DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşa XİN-nin rəhbəri Avropa qoşunlarının “ağır briqadası” yaradılmasını təklif edib

© AFP 2023 / WOJTEK RADWANSKIUkrayna və Polşa bayraqları
Ukrayna və Polşa bayraqları - Sputnik Azərbaycan, 1920, 04.05.2024
Abunə olmaq
Avropa İttifaqının ABŞ-dan kömək istəməməli olduğu vəziyyətlər arasında Sikorski Balkanlarda və ya Şimali Afrikada baş verən hadisələri qeyd edib.
BAKI, 4 may — Sputnik. Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ-də zərurət yaranarsa, ABŞ-ın iştirakı olmadan qonşu regionlarda baş verən hadisələrə operativ reaksiya verə biləcək ağır qoşun briqadasının yaradılmasının zəruriliyini bəyan edib.
Nazir bu barədə TVP World telekanalında danışıb.
"Mən Avropa İttifaqının ağır briqadasının tərəfdarıyam. Bu, Aİ-yə hər fövqəladə vəziyyətdə ABŞ-dan öz imkanlarını istəməməkdən ötrü dərhal reaksiya vermək imkanı yaradacaq" – Sikorski fikrini izah edib.
Avropa İttifaqının ABŞ-dan kömək istəməməli olduğu vəziyyətlər arasında Sikorski Balkanlarda və ya Şimali Afrikada baş verən hadisələri qeyd edib.
Xatırladaq ki, Vahid Avropa ordusunun yaradılması ideyası son on ildə müzakirə olunur. Bu mövzu daha çox ABŞ-ın NATO çərçivəsində Avropa üçün “müdafiə çətiri” ilə təmin etməyə hazır olmadığını bildirən Donald Trampın prezidentliyi dövründə aktuallaşıb.
Bundan əvvəl Polşanın NATO-nun nüvə proqramında iştirak etmək üçün ərizə təqdim etdiyi məlum olub.
Xəbər lenti
0