DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban: "Avropada müharibə barədə" deyilənlər əsl niyyəti üzə çıxarır

© AP Photo / Markus SchreiberViktor Orban, arxiv şəkli
Viktor Orban, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Macarıstanın Baş naziri bu yaxınlarda Avropa diplomatiyasının rəhbərinin və Polşanın xarici işlər nazirinin sözlərini qeyd edib.
BAKI, 3 may — Sputnik. Avropa İttifaqı (Aİ) liderlərinin "Avropada müharibə haqqında" söhbətləri qitənin odla oynadığını göstərir.
Bu barədə Rusiya mediası Macarıstanın Baş naziri Viktor Orbanın "Kossuth" radiosunda söylədiklərinə istinadən xəbər verib.
Orban bu yaxınlarda Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin "müharibənin Avropaya yayılması artıq fantaziya deyil" və Polşanın xarici işlər naziri Radoslav Sikorskinin "münaqişənin diplomatik həlli yoxdur, onu yalnız hərbi qüvvə ilə həll etmək olar" sözlərini qeyd edib.

"Bunlar boş sözlər deyil, real siyasi niyyətlərin və düşüncələrin həyata keçirilməsidir. Avropa bu dəqiqə odla oynayır, biz hərb və sülhün sərhədində tarazlığı qoruyuruq" - Orban vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0