CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Külək güclənib, bəzi bölgələrə yağış yağıb

© iStock.com / AlexLinchKüləkli hava
Küləkli hava - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 17, Aran rayonlarında 26, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.
BAKI, 3 may — Sputnik. Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 mertdir.
Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Qaxda arabir yağış yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 17, Aran rayonlarında 26, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0