DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Apreldə Türkiyədə inflyasiya illik müqayisədə 70 faizə yüksəlib

© AFP 2023 / OZAN KOSElirə
lirə - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, yerli hakimiyyət orqanları iyun ayından inflyasiyanın sürətlə azalacağını gözləyir.
BAKI, 3 may — Sputnik. Türkiyədə aprelin sonunda inflyasiya 3,18% təşkil edib və bir ay əvvəl olan 68,5% ilə müqayisədə illik hesablamada 69,8%-ə çatıb. Bu barədə Türkiyə Milli Statistika İnstitutu məlumat yayıb.
Eyni zamanda, ENAG üzvü bir qrup müstəqil iqtisadçı apreldə ölkədə inflyasiyanın səviyyəsini illik hesablamada 124,35% qiymətləndirib. Mart ayında olan məlumata görə, Türkiyədə illik inflyasiya 124,63% təşkil edib.
İqtisadçılar aprel ayında Türkiyədə inflyasiyanın 3,22% artacağını proqnozlaşdırıblar.
Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, yerli hakimiyyət orqanları iyun ayından inflyasiyanın sürətlə azalacağını gözləyir. İlin sonuna qədər Türkiyə Mərkəzi Bankı bunu 36% səviyyəsində proqnozlaşdırır.
Eyni zamanda, tənzimləyicinin aprel sorğusunun iştirakçıları ilin sonuna qədər inflyasiyanın 44,1% olacağını gözlədiklərini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0