DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa Rusiya gübrələrindən asılı vəziyyətə düşüb

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidDənəvər kalium gübrəsi, arxiv şəkli
Dənəvər kalium gübrəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Bitkilərin böyüməsi azotlu gübrələrdən asılıdır. Sonuncunu istehsal etmək üçün təbii qazdan istifadə olunur. Rusiya Federasiyası bu cür gübrələri Avropaya getdikcə daha çox tədarük edərək, onu asılı vəziyyətə salır.
BAKI, 1 may — Sputnik. Avropa ölkələri getdikcə Rusiya gübrələrinin idxalından asılı vəziyyətə düşürlər.
Bu qənaətə dünyanın ən böyük mineral gübrə tədarükçülərindən biri olan Norveçin "Yara İnternational" kimya şirkətinin icraçı direktoru Sveyn Tore Holsether gəlib.
Onun sözlərinə görə, bitkilərin böyüməsi azotlu gübrələrdən asılıdır. Sonuncunu istehsal etmək üçün təbii qazdan istifadə olunur. Rusiya Federasiyası bu cür gübrələri Avropaya getdikcə daha çox tədarük edərək, onu asılı vəziyyətə salır.
"Artıq belə bir hal qazla baş verib" - Holsether "Financial Times"a müsahibəsində deyib.
Gübrələr "yeni qaza" çevriliblər. Avropa ölkələri üçün karbamid əldə etmək xüsusilə vacibdir. Aİ tədarükünü iki dəfə artırıb.
Daha əvvəl bildirilmişdi ki, Avropa mayeləşdirilmiş təbii qaz (MTQ) alışlarının artması, siyasət və şans sayəsində 2022-ci ildə başlayan enerji böhranından çıxa bilib. "aif.ru" saytının eksperti avropalıların yaxın gələcəkdə Rusiya qazından tamamilə imtina edə biləcəklərini izah edib.
Xəbər lenti
0