Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub

© AFP 2023 / ATTILA KISBENEDEKАзербайджанский дзюдоист Хидаят Гейдаров
Азербайджанский дзюдоист Хидаят Гейдаров - Sputnik Azərbaycan, 1920, 20.05.2024
Abunə olmaq
Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.
BAKI, 20 may — Sputnik. Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
“Report” xəbər verir ki, finalda Tatsuki İşiharanı (Yaponiya) üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışın ikinci günü kişiərin yarışında mübarizəyə qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.
Xəbər lenti
0